Geri
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu rəsmi internet saytının hazırlanması işinin satınalınması üzrə kotirovka sorğusu elan edir.
İddiaçılar kotirovka sorğusunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan əldə edə bilərlər.
Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır və 4 dekabr 2018-ci il saat 12:00-a qədər qəbul olunur.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 172.
Ətraflı məlumat almaq üçün əlaqələndirici şəxs Anar Əsgərova müraciət etmək olar.
Telefon: (012) 433 63 65 (daxili: 230)
Fax: (012) 4323717
e-mail: info@edf.gov.az