426 Arxiv
Elanlar

Geri

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Gədəbəy rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Gədəbəy rayonunda işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

-   kənd turizmi layihələrinin maliyyələşdirilməsi,

-   otelin yaradılması;

-   kartofçuluq təsərrüfatının yaradılması;

-   yun iplik istehsalı müəssisəsinin yaradılması;

-   xalça istehsalı müəssisəsinin yaradılması;

-   meyvə emalı müəssisəsinin yaradılması;

-   bal emalı və qablaşdırılması müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: info@edf.gov.az