424 Arxiv
Elanlar

Geri

Kotirovka sorğusunun keçirilməsinə dair

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs “Tibbi sığorta haqqında”,“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunlarına və “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”a müvafiq olaraq Fondun əməkdaşlarının tibbi sığortalanması xidmətinin satınalınması üçün sığorta şirkətinin seçilməsi üzrə kotirovka sorğusu elan edir. İddiaçılar satınalma prosedurunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan əldə edə bilərlər.

            Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.

Təkliflər 2018-ci il 25 oktyabr saat 15:00-a qədər qəbul olunur və əlaqələndirici şəxs Zaur Nəhmətova müraciət etmək olar.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 172

Telefon: (012) 4345011

Fax: (012) 4323717

e-mail: info@edf.gov.az