428
Arxiv
Elanlar
Geri
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Strateji Yol Xəritələrinin icrasının sürətləndirilməsi məqsədilə aşağıdakı istiqamətlər üzrə investisiya layihələrinin maliyyələşdirilməsi ilə bağlı layihələrin qəbulunu elan edir:
“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” üzrə
- Təzə kartof istehsalı;
- Örtülü torpaqlarda, o cümlədən istixanalarda faraş tərəvəz istehsalı;
- Regionlarda kiçik və orta ölçülü meyvə-tərəvəz məhsulları emalı müəssisələri şəbəkəsinin genişləndirilməsi;
- Qurudulmuş və dondurulmuş meyvə-tərəvəz məhsulları istehsalı;
- Ətlik-südlük istiqamətli ailə-kəndli təsərrüfatlarının yaradılması ilə bağlı İmişli, Bərdə və Ağcabədi rayonlarında həyata keçirilən pilot layihənin təcrübəsinin digər regionlarda tətbiq edilməsi;
- Sənaye üsulu ilə quş əti istehsalının müxtəlif seqmentlərin tələbatları (gecböyüyən və emal məqsədilə iriçəkili quş əti istehsalı) üzrə genişləndirilməsinin stimullaşdırılması;
- Regionlarda kiçik və orta ölçülü ət və süd məhsulları emalı müəssisələri şəbəkəsinin yaradılması;
- Arıçılıq, balıqçılıq, o cümlədən akvakultura sahəsində inkişafın dəstəklənməsi;
- Ərzaq təyinatlı yumşaq və bərk buğda və digər dənli paxlalı bitkilər istehsalı;
- Çay plantasiyalarının genişləndirilməsi;
- Tütün məmulatlarının istehsalı;
- Aqropark (aqrar sənaye klasterləri də daxil edilməklə) şəbəkəsinin yaradılması;
- Damazlıq quşçuluğun inkişafının dəstəklənməsi;
- Regionlarda meyvə, tərəvəz, kartof və bostan məhsulları üzrə topdansatış və logistika xidmətlərini həyata keçirən bazar infrastrukturu obyektlərinin qurulması;
- Paytaxt və regionlarda müasir standartlara uyğun ət kəsimi məntəqələri şəbəkəsinin qurulması;
- Meyvə, tərəvəz, kartof və bostan məhsullarının saxlanması üçün kiçik və orta həcmli soyuducu anbarların yaradılması;
- Taxılçılıq regionlarında kiçik və orta həcmli taxıl anbarlarının yaradılması;
- “Yaşıl market”lər və “Fermer mağazası” şəbəkələrinin yaradılması;
- Kənd yerlərində qadınların və gənclərin məşğulluğunun artırılması.
“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” üzrə
- Startap layihələrinin dəstəklənməsi.
“Azərbaycan Respublikasında İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” üzrə
- Qalaaltı, Naftalan və Duzdağdakı mövcud yerləşdirmə alternativlərində, sağlamlıq xidməti göstərən müəssisələrdə və turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılması;
- Turizm və Rekreasiya Zonalarında fəaliyyətin turizm klasterinə uyğun qurulması;
- Turizm və Rekreasiya Zonalarının inkişaf etdirilməsi;
- Respublikada turizmin təşviq siyasətində mövsümiliyi azaldan tədbirlərin və layihələrin xüsusi olaraq dəstəklənməsinin təmin edilməsi;
- marşrut boyunca turizm infrastrukturunun inkişafını stimullaşdırmaq.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az