188 Arxiv
Elanlar

Geri

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu İmişli rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2011-ci il fevralın 11-də İmişli rayonunda keçirdiyi "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən İmişli rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

 - 500 başlıq ətlik yönümlü müasir heyvandarlıq kompleksinin yaradılması;

- 500 başlıq südlük istiqamətli müasir heyvandarlıq kompleksinin yaradılması;

- intensiv bağçılıq (nar) təsərrüfatlarının yaradılması.

  "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172Telefon: (012) 432-39-69

Faks: (012) 434-74-29

e-mail: info@anfes.gov.az  

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu