387 Arxiv
Elanlar

Geri

Kotirovka sorğusunun keçirilməsinə dair

            İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dəftərxana və təsərrüfat mallarının alınması məqsədilə  kotirovka sorğusu elan edir.

İddiaçılar satınalma prosedurunun predmetinə uyğun hazırlanmış əsas şərtlər toplusunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər.

            Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.  

Təkliflər 20 fevral 2018-ci il tarixində saat 15:00-a qədər qəbul olunur.

Ətraflı məlumat almaq üçün əlaqələndirici şəxs Turan Talıbova müraciət etmək olar.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 172

Telefon: (012) 434 50 11

Fax: (012) 432 37 17

e-mail: info@anfes.gov.az