412 Arxiv
Elanlar

Geri

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq regionların, o cümlədən inzibati rayon və şəhərlərin tarazlı iqtisadi inkişafını təmin etmək məqsədilə

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq regionların, o cümlədən inzibati rayon və şəhərlərin tarazlı iqtisadi inkişafını təmin etmək məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu aşağıdakı inzibati rayon və şəhərlər üzrə sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbulunu

ELAN EDİR

s/s Şəhər və rayon Sahələr

Abşeron iqtisadi rayonu üzrə

1. Abşeron

1. Zeytunçuluq, zəfərançılıq və ətlik istiqamətliquşçuluq.
2. Soyuducu anbar komplekslərinin yaradılması.

2. Xızı 1. Heyvandarlıq, dənli bitkiçilik və arıçılıq (arı məhsullarının sənaye üsulu ilə emalı).

Aran iqtisadi rayonu üzrə

3. Mingəçevir

1. Kənd təsərrüfatı texnikası üçün ehtiyat hissələri, neft mədən, elektrik avadanlıqlarının istehsalı.
2. Soyuducu anbar komplekslərinin yaradılması.

4. Ağdaş

1. Heyvandarlıq, baramaçılıq, bağçılıq, tərəvəzçilik, texniki və dənli bitkiçilik.
2. İstixana şəraitində faraş tərəvəz istehsalı.
3. Soyuducu anbar komplekslərinin yaradılması.

5. Neftçala 1. Heyvandarlıq (o cümlədən camışçılıq), balıqçılıq, texniki və dənli bitkiçilik, ətlik istiqamətliquşçuluq.
2. Taxıl anbar komplekslərinin yaradılması.
6. Şirvan 1. Bitki yağları, ət, süd və şirniyyat məhsullarının istehsalı.
2. İstixana şəraitində faraş tərəvəz istehsalı.
3. Toxuculuq və tikişçilik.
4. Soyuducu anbar komplekslərinin yaradılması.
7. Ucar

1.Heyvandarlıq, ətlik istiqamətli quşçuluq, bağçılıq, baramaçılıq, texniki və dənli bitkiçilik
.2. İstixana şəraitində faraş tərəvəz istehsalı.
3. Taxıl və soyuducu anbar komplekslərinin yaradılması.

8. Zərdab 1.Heyvandarlıq (o cümlədən camışçılıq), bağçılıq, tərəvəzçilik, baramaçılıq, texniki və dənli bitkiçilik.
2. Ətlik istiqamətli quşçuluq.

Gəncə-Qazax iqtisadi rayonu üzrə

9. Ağstafa 1. Heyvandarlıq, bağçılıq, dənli bitkiçilik.
2. Şərab məhsullarının istehsalı.
10. Gədəbəy 1. Heyvandarlıq, kartofçuluq, arıçılıq (arı məhsullarının sənaye üsulu ilə emalı).
2. Soyuducu anbar komplekslərinin yaradılması.
11. Goranboy 1. Heyvandarlıq, bağçılıq, texniki və dənli bitkiçilik.
2. İstixana şəraitində faraş tərəvəz istehsalı.
3. Soyuducu anbar komplekslərinin yaradılması.
12. Göygöl 1. Heyvandarlıq, bağçılıq, kartofçuluq, dənli bitkiçilik, ətlik istiqamətliquşçuluq, arıçılıq (arı məhsullarının sənaye üsulu ilə emalı), süd məhsullarının istehsalı, meyvə və giləmeyvələrin qurudulması və konservləşdirilməsi.
2. Turizmin inkişafı.
13. Qazax 1. Heyvandarlıq, bağçılıq, dənli bitkiçilik, meyvə və tərəvəz məhsullarının konservləşdirilməsi.
2. Soyuducu anbar komplekslərinin yaradılması.
14. Samux 1. Heyvandarlıq, bağçılıq, dənli bitkiçilik, meyvə və tərəvəz məhsullarının konservləşdirilməsi.
2. Şərab məhsullarının istehsalı.

Dağlıq Şirvan iqtisadi rayonu üzrə

15. Ağsu 1. Heyvandarlıq, bağçılıq, dənli bitkiçilik, ətlik istiqamətliquşçuluq, arıçılıq (arı məhsullarının sənaye üsulu ilə emalı), yun emalı.
2. Turizmin inkişafı.
3. Taxıl anbarı kompleksinin yaradılması.
16. Şamaxı 1. Heyvandarlıq, bağçılıq, dənli bitkiçilik, ətlik istiqamətliquşçuluq, arıçılıq (arı məhsullarının sənaye üsulu ilə emalı).
2. Şərab məhsullarının istehsalı.
3. Turizmin inkişafı.
4. Xalçaçılıq, toxuculuq və tikişçiliyin inkişafı
5. Taxıl və soyuducu anbar komplekslərinin yaradılması.

Lənkəran iqtisadi rayonu üzrə

17. Astara 1. Heyvandarlıq, bağçılıq, çayçılıq, tərəvəzçilik, arıçılıq (arı məhsullarının sənaye üsulu ilə emalı).
2. Soyuducu anbarı komplekslərinin yaradılması.
18. Lerik 1. Heyvandarlıq, bağçılıq, tərəvəzçilik, arıçılıq (arı məhsullarının sənaye üsulu ilə emalı).
2. Süfrə suları istehsalı.
3. Turizmin inkişafı.
4. Xalçaçılıq və toxuculuq.
19. Yardımlı 1. Heyvandarlıq, kartofçuluq, dənli bitkiçilik, arıçılıq (arı məhsullarının sənaye üsulu ilə emalı).
2. Süfrə suları istehsalı.
3. Xalçaçılıq.

Şəki-Zaqatala iqtisadi rayonu üzrə

20. Balakən 1. Heyvandarlıq, bağçılıq, texniki və dənli bitkiçilik, arıçılıq (arı məhsullarının sənaye üsulu ilə emalı).
21. Qax 1. Heyvandarlıq, bağçılıq, texniki və dənli bitkiçilik, arıçılıq (arı məhsullarının sənaye üsulu ilə emalı).
22. Oğuz 1. Heyvandarlıq, bağçılıq, texniki və dənli bitkiçilik, arıçılıq (arı məhsullarının sənaye üsulu ilə emalı).
2. Şərab məhsullarının istehsalı.
3. Soyuducu anbar komplekslərinin yaradılması.

Quba-Xaçmaz iqtisadi rayonu üzrə

23. Şabran 1. Heyvandarlıq, bağçılıq, dənli bitkiçilik.
2. İstixana şəraitində faraş tərəvəz istehsalı.
3. Şərab məhsullarının istehsalı.
4. Xalçaçılıq.
24. Siyəzən 1. Heyvandarlıq, bağçılıq, dənli bitkiçilik.
2. İstixana şəraitində faraş tərəvəz istehsalı.
3. Şərab məhsullarının istehsalı.

Yuxarı Qarabağ iqtisadi rayonu üzrə

25. Ağdam 1. Heyvandarlıq, bağçılıq, texniki və dənli bitkiçilik, tərəvəzçilik.
2. Soyuducu və taxıl anbarı komplekslərinin yaradılması.
26. Füzuli 1. Heyvandarlıq, bağçılıq, texniki və dənli bitkiçilik, tərəvəzçilik, üzümün ilkin emalı.
2. Taxıl anbarı komplekslərinin yaradılması.
27. Tərtər 1. Heyvandarlıq, bağçılıq, texniki və dənli bitkiçilik, tərəvəzçilik.
2. Soyuducu və taxıl anbarı komplekslərinin yaradılması.

Sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət etməlidir. Müvəkkil kredit təşkilatlarının maliyyələşdirilməsi barədə müsbət qərar qəbul etdiyi investisiya layihələri “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq maliyyələşdiriləcəkdir.Sahibkarlar əlavə məlumat və metodiki köməklik üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 432-39-69, (055) 227-01-36, (055) 229-29-99; (055) 227-01-30
Faks: (012) 433-63-68,
e-mail: info@anfes.gov.az

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu