Geri
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2018-ci il ərzində Fondun “Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin dövriyyəsinə nəzarət proqramı”na texniki xidmətin göstərilməsi üçün kotirovka sorğusu elan edir.
İddiaçılar kotirovka sorğusunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər.
Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
Təkliflər 2018-ci il 16 yanvar saat 15:00-a qədər qəbul olunur.
Ətraflı məlumat almaq üçün əlaqələndirici şəxs Turan Talıbova müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 172
Telefon: (012) 4345011
Fax: (012) 4323717
e-mail: info@anfes.gov.az