Geri
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2017-ci il üzrə Fondun fəaliyyətinin auditor yoxlamasının xidməti üzrə kotirovka sorğusu elan edir. Kotirovka sorğusunda müxtəlif meyarlar üzrə beynəlxalq reytinqlərə görə ilk onluğa daxil olan və analoji maliyyə institutlarında kənar auditinin aparılmasında uzunmüddətli təcrübəyə malik audit şirkətləri iştirak edə bilərlər. İddiaçılar satınalma prosedurunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər.
Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
Təkliflər 2017-ci il 30 oktyabr saat 15:00-a qədər qəbul olunur.
Ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxs Turan Talıbova müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 172
Telefon: (012) 4345011
Fax: (012) 4323717
e-mail: info@anfes.gov.az