Geri
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2017-ci il aprelin 13-də Neftçala rayonunda işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- süd emalı, meyvəqurutma, çörək və şirniyyat məhsulları, qablaşdırma materialı, bal emalı və qablaşdırılması, plastik qablar, polietilen paketlər, corab və təbii məhsullardan sabun istehsalı müəssisələrinin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az