474 Arxiv
Elanlar

Geri

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Abşeron rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il dekabrın 28-də Abşeron rayonunun Xırdalan şəhərində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- ixtisaslaşdırılmış "yaşıl market"in, müasir istixana kompleksinin, zeytunçuluq və badamçılıq təsərrüfatlarının, ət-sümük unu və tara istehsalı müəssisələrinin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az