451
Arxiv
Elanlar
Geri
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Samux rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il oktyabrın 20-də Samux rayonunda işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- iri taxılçılıq, kartofçuluq, üzümçülük, cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması;
- pendir istehsalı müəssisəsinin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az