443 Arxiv
Elanlar

Geri

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Cəlilabad rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2016-cı il 2 sentyabr tarixində Cəlilabadda keçirdiyi işgüzar forumda sahibkarlardan aşağıdakı istiqamətlər üzrə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

-   ixtisaslaşdırılmış "yaşıl marketin" yaradılması;

-   südlük istiqamətli müasir heyvandarlıq, intensiv kartofçuluq və üzümçülük təsərrüfatlarının;

-   kiçik həcmli çiyələk emalı, üzümqurutma və şirniyyat məhsulları istehsalı müəssisələrinin yaradılması.

Sahibkarlar bu gündən etibarən investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: info@anfes.gov.az

 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu