443
Arxiv
Elanlar
Geri
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qaradağ rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il iyulun 15-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- ət kəsimi, üzlüklər, dam örtükləri, plastik qablar, corab və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az