Geri
Azərbaycan
Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, İqtisadi İnkişaf
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2010-cu il dekabrın 3-də Ucar
rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi"
mövzusunda tədbir keçirmişdir.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və
sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi
məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ucar
rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya
layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab
edilmişdir:
- intensiv heyvandarlığın (o cümlədən camışçılığın), ətlik istiqamətli
quşçuluğun və bağçılığın (nar, heyva, xirnik və s.) inkişafı;
- meyvə və tərəvəz məhsullarının saxlanılması üçün müasir tələblərə cavab verən
soyuducu anbar kompleksinin yaradılması.
"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun
vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, bu gündən etibarən
sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət
edə bilərlər.
Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala
bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu,
A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 432-39-69
Faks: (012) 434-74-29
e-mail: info@anfes.gov.az
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu