Geri
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il
tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun
olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2010-cu il
dekabrın 24-də Sumqayıt şəhərində "Regionlarda sahibkarlığın inkişafına
dövlət dəstəyi" mövzusunda tədbir keçirmişdir.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və
sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi
məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
Sumqayıt şəhəri üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə
investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu
məqsədəuyğun hesab edilmişdir:
-müasir tələblərə cavab verən yüngül sənaye sahələrinin yaradılması və ya yeni
texnologiyaların tətbiqi ilə yenidən qurulması;
-müasir tələblərə cavab verən çörək istehsalı müəssisəsinin yaradılması və ya
yeni texnologiyaların tətbiqi ilə yenidən qurulması, istixana (istixana
şəraitində faraş tərəvəz istehsalı) və broyler (ətlik istiqamətli quşçuluq)
təsərrüfatlarının yaradılması.
"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin
istifadəsi Qaydaları"na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq
subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə
bilərlər.
Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala
bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 432-39-69
Faks: (012) 434-74-29
e-mail: info@anfes.gov.az
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu