331 Arxiv
Elanlar

Geri

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Quba rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il mayın 12-də Quba rayonunun Barlı kəndində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;
- müasir meyvə-tərəvəz emalı zavodunun yaradılması;
- intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması;
- çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az