405 Arxiv
Elanlar

Geri

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qax rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il aprelin 14-də Qax rayonunun Zəyəm kəndində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- iri fermer təsərrüfatının yaradılması;
- bağçılıq, cins heyvandarlıq, tütünçülük və arıçılıq təsərrüfatlarının yaradılması;
- çörək istehsalı və meyvə emalı müəssisələrinin yaradılması;
- 3 ulduz otelin yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az