Geri
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il aprelin 8-də Beyləqan rayonunda işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;
- südlük istiqamətli müasir heyvandarlıq kompleksinin yaradılması;
- meyvə-tərəvəz emalı və bitki yağlarının istehsalı zavodlarının yaradılması;
- intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması;
- cins heyvandarlıq təsərrüfatının, ət kəsimi və pendir istehsalı müəssisələrinin yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon:
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az