Geri
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2010-cu il avqustun 27-də respublikanın sərhəd rayonlarından biri olan Qusar rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirmişdir. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılmışdır. Bununla əlaqədar, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qusar rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- Meyvə,
tərəvəz, eləcə də digər ərzaq məhsullarının saxlanılması üçün tutumu 10 min
tonadək olan soyuducu anbar komplekslərinin yaradılması;
- Mineral suların qablaşdırılması üçün istehsal müəssisəsinin yaradılması;
- İntensiv bağçılıq, tingçilik, tərəvəzçilik (kartof və soğan), o cümlədən
istixana şəraitində tərəvəz məhsullarının yetişdirilməsi;
- İllik istehsal gücü 10-12 min ton olan müasir tələblərə cavab verən çörək
istehsalı müəssisəsinin yaradılması;
- Müasir tələblərə cavab verən kiçik və ya orta həcmli meyvə (o cümlədən cır
meşə meyvələri) emalı (meyvələrin qurudulması) müəssisələrinin yaradılması;
- Ət, süd və tərəvəz emalı müəssisələrinin yaradılması;
- İntensiv südlük istiqamətli heyvandarlıq kompleksinin yaradılması;
- Turizmin inkişafının dəstəklənməsi;
- Qədim xalq sənətkarlığının, o cümlədən xalçaçılığın inkişafının
dəstəklənməsi.
Bu gündən
etibarən “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun
vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, sahibkarlıq subyektləri
müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala
bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 432-39-69
Faks: (012) 434-74-29
e-mail: info@anfes.gov.az
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu