Geri
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il
tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun
olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2010-cu il
dekabrın 17-də Qobustan rayonunda "Regionlarda sahibkarlığın inkişafına
dövlət dəstəyi" mövzusunda tədbir keçirmişdir.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və
sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi
məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
Qobustan rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə
investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu
məqsədəuyğun hesab edilmişdir:
- müasir tələblərə cavab verən broyler fabrikinin tikilməsi;
- müasir tələblərə cavab verən kiçik həcmli süd emalı müəssisələrinin
yaradılması.
"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin
istifadəsi Qaydaları"na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq
subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə
bilərlər.
Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala
bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 432-39-69
Faks: (012) 434-74-29
e-mail: info@anfes.gov.az
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu