322 Arxiv
Elanlar

Geri

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Tovuz rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il oktyabrın 22-də Tovuz rayonunun Qovlar şəhərində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- iri fermer təsərrüfatının yaradılması;
- müasir heyvandarlıq kompleksinin, cins heyvandarlıq, kartofçuluq və yüksək məhsuldar kartof toxumçuluğu təsərrüfatlarının yaradılması;
- istixana və intensiv üzümçülük təsərrüfatlarının yaradılması;
- meyvəqurutma, şirniyyat məhsulları və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az