Geri
Azərbaycan
Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, İqtisadi İnkişaf
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2010-cu il oktyabrın 29-da
Neftçalarayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi”
mövzusunda tədbir keçirmişdir.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və
sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi
məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
Neftçalarayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə
investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu
məqsədəuyğun hesab edilmişdir:
- camışçılığın, balıqçılığın və zeytunçuluğun inkişafı;
- müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq və damazlıq
broyler təsərrüfatlarının yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə
yenidən qurulması.
“Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin
istifadəsi Qaydaları”na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq
subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə
bilərlər.
Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala
bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu,
A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 432-39-69
Faks: (012) 434-74-29
e-mail: info@anfes.gov.az
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu