264 Arxiv
Elanlar

Geri

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il aprelin 30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması
- kiçik həcmli istixana təsərrüfatlarının yaradılması
- ət kəsimi, makaron, dondurma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az