Geri
Azərbaycan
Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, İqtisadi İnkişaf
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2010-cu il sntyabrın 17-də Göygöl
rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda
tədbir keçirmişdir.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və
sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi
məqsədi ilə müzakirələr aparılmışdır. Müzakirələr nəticəsində Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən Göygöl rayonu üzrə sahibkarlıq subyektlərindən
aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün
təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- Müasir
tələblərə cavab verən kiçik və ya orta həcmli süd emalı müəssisəsinin
yaradılması;
- Müasir tələblərə cavab verən kiçik və ya orta həcmli meyvə emalı (həmçinin
meyvələrin qurudulması) müəssisələrinin yaradılması;
Bu gündən etibarən “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun
vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, sahibkarlıq subyektləri
müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala
bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 432-39-69
Faks: (012) 434-74-29
e-mail: info@anfes.gov.az
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu