Geri
Azərbaycan Respublikası Prezidentinin 14 aprel
2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na
uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu
2010-cu il avqustun 20-də respublikanın cəbhə rayonlarından biri olan Gədəbəy
rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda
tədbir keçirmişdir. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının
nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli
istifadə edilməsi məqsədi ilə müzakirələr aparılmışdır. Müzakirələr nəticəsində
Gədəbəy rayonu üzrə aşağıdakı sahələrin inkişafı məqsədəuyğun hesab olunmuşdur:
- Kartof saxlanılması üçün ümumi tutumu 5 min ton olan soyuducu anbar
kompleksinin tikilməsi;
- Təbii mineral suları birbaşa mənbəyindən qablaşdırmaqla, illik istehsal gücü
500 min litr olan müasir tələblərə cavab verən (təbii, mineral,
şirinləşdirilmiş mineral və qazlı su) su istehsalı zavodunun tikilməsi və ya
yenidən qurulması;
- İllik istehsal gücü minimum 1000 ton ət və ya 10 min ton süd olan emal
müəssisələrinin yaradılması;
- Kiçik və ya orta həcmli kartof emalı (kartofun təmizlənməsi və
qablaşdırılması, kartof unu, çipsi və s. məhsulların istehsalı) müəssisəsinin
yaradılması;
- İllik istehsal gücü 15-20 min ton olan müasir tələblərə cavab verən çörək
istehsalı müəssisəsinin yaradılması;
- İllik istehsal gücü 1000 ton olan müasir standartlara cavab verən kiçik və ya
orta həcmli meyvə (o cümlədən cır meşə meyvələri) emalı (meyvələrin qurudulması
və konservləşdirilməsi) müəssisələrinin yaradılması;
- Arıçılığın inkişafı (o cümlədən balın sənaye üsulu ilə emalı və
qablaşdırılması);
- Kartofçuluğun inkişafı məqsədi ilə toxumçuluq təsərrüfatının yaradılması.
Bu gündən etibarən “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun
vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, sahibkarlıq subyektləri
müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala
bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 432-39-69
Faks: (012) 434-74-29
e-mail: info@anfes.gov.az
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu