Eldar Elman oğlu Həmidov
Bakı şəhərində anadan olub.
1997-ci ildə Xəzər Universitetinin "Hüquq və sosial elmlər" fakultəsinin "Beynəlxalq münasibətlər"ixtisası üzrə bitirmişdir.
1998-2000-ci illərdə Xəzər Universitetini "Maliyyə" ixtası üzrə bitirərək magistr dərəcəsini almışdır.
2002-2003-cü ildə Böyük Britaniyanın Heriot-Watt Universitetində "Beynəlxalq bankçılıq və Maliyyə" ixtisası üzrə təhsil almışdır.
1998-2002-ci illərdə “Dəmirbank” ASC-də iqtisadçı, aparıçı iqtisadçı və Dokumentar əməliyyatlar şöbəsinin rəisi olaraq fəaliyyət göstərib.
2003-2005-cü illərdə müxtəlif beynəlxalq investisiya və konsalting şirkətlərində aparıcı konsultant vəzifələrində çalışıb.
2005-2021-ci illərdə “Bank of Baku” ASC-də müxtəlif fəaliyyət sahələrinin rəhbər vəzifələrində çalışıb.
2021-ci ilin iyul ayında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri təyin olunub.
2022-ci ilin aprel ayından Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edir.