239 Arxiv
Xəbərlər

Geri

2013-cü ilin ötən dövründə 3166 sahibkara 229,7 milyon manat güzəştli kreditlər verilmişdir 13.09.2013 / Konfranslar, iclaslar

skmf-kurdemir-13.09.2013-1Sentyabrın 13-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Kürdəmir rayonunun Atakişili kəndində keçirmişdir. 120-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə müvəkkil kredit təşkilatları vasitəsilə 47 sahibkara 592,1 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 70-dən çox iş yerinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində Kürdəmir rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodunun, quşçuluq təsərrüfatının, kiçik və orta həcmli bağçılıq, cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunmuşdur.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulamışdır. Bildirilmişdir ki, məqsədli dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkənin digər bölgələrində olduğu kimi, Kürdəmirdə də quruculuq-abadlıq işləri geniş vüsət almış, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, əhalinin həyat səviyyəsi daha da yaxşılaşmışdır.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Nazirliyin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov ölkədə davamlı və dayanıqlı sosial-iqtisadi inkişafa nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-skmf-kurdemir-13.09.2013-2iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Aran iqtisadi rayonunda, o cümlədən Kürdəmirdə həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3166 investisiya layihəsinin maliyyələşdirilməsinə 229,7 milyon manat güzəştli kredit verildiyini bildirmiş, bu layihələrin reallaşmasının 9350-dən çox yeni iş yerinin yaradılamasına imkan verdiyini qeyd etmişdir. Diqqətə çatdırılmışdır ki, ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 303 milyon manat güzəştli kreditlər verilmiş, bu kreditlər hesabına 27000-dən çox yeni iş yerləri açılmışdır.
Tədbir çərçivəsində dövlətin güzəştli krediti hesabına maliyyələşdirilmiş Kürdəmir rayonunun Atakişili kəndində cins iribuynuzlu heyvandarlıq kompleksinin və süd emalı zavodunun fəaliyyətinə baxış keçirilmişdir.
Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.