232 Arxiv
Xəbərlər

Geri

2013-cü ilin ötən dövründə 2424 sahibkara 194,4 milyon manat güzəştli kreditlər verilmişdir 19.07.2013 / Konfranslar, iclaslar

skmf-lerik-19.07.2013-1İyulun 19-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Lerik rayonunun Günəşli kəndində keçirmişdir. Tədbirdə 100-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl Lerik rayonunun Piran kəndində güzəştli kredit ayrılmış quşçuluq fabrikinin fəaliyyətinə və bu fabrikdə yeni istehsal sahəsində aparılan tikinti işlərinə, müasir çörək zavodunun fəaliyyətinə baxış keçirilmişdir.
Sonra Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Lerik rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və rayonda prioritet hesab olunan kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, cır meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər regionları kimi, Lerikdə də yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədov çıxışlarında davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Lənkəran iqtisadi rayonunda, o cümlədən Lerikdə həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat vermişlər.
skmf-lerik-19.07.2013-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında 2013-cü ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına 2424 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 194,4 milyon manat güzəştli kredit verildiyini bildirmişdir. Bu kreditlərin reallaşdırılması 7850-yə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, Lənkəran iqtisadi rayonunda indiyədək sahibkarlıq subyektlərinin 1430-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 66.1 milyon manat güzəştli kredit (buğünkü tədbirdə verilən güzəştli kreditlər də daxil olmaqla) verilmişdir.
Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Lerik və ətraf rayonlarda fəaliyyət göstərən 64 sahibkara 426 min manat güzəştli kredit verilmişdir. Bu kreditlərin reallaşdırılması nəticəsində 80-ə yaxın yeni iş yerinin yaradılması mümkün olacaq.