242 Arxiv
Xəbərlər

Geri

2013-cü ilin ötən dövründə sahibkarlara 167.5 milyon manat güzəştli kreditlər verilmişdir 21.06.2013 / Konfranslar, iclaslar

skmf-lankaran-veravul-21.06.2013-1İyunun 21-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Lənkəran rayonunun Veravul kəndində keçirmişdir. Tədbirdə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl dövlətin güzəştli kreditləri hesabına rayonun Ürgə kəndində 25 hektar ərazidə salınmış meyvə bağına və 25 hektar ərazidə yeni salınan meyvə bağında aparılan işlərə, Digah kəndində illik istehsal gücü 5.5 min ton olan müasir çörək zavodunda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Lənkəranın iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən rayonda prioritet hesab olunan südlük istiqamətli kiçik cins heyvandarlıq təsərrüfatlarının, intensiv bağçılıq, çayçılıq, müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunmuşdur.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında sosial-iqtisadi sahədə Lənkəran rayonunda reallaşdırılan tədbirlər və həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat vermişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini, icrası uğurla reallaşdırılan məqsədli dövlət proqramlarının regionların, xüsusilə qeyri-neft sektorunun inkişafında xüsusi əhəmiyyət daşıdığını bildirmiş, sahibkarlığın inkişafına göstərilən sistemli dövlət dəstəyi tədbirləri nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun davamlı olaraq artdığını diqqətə çatdırmışdır.
skmf-lankaran-veravul-21.06.2013-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına bugünkü tədbir çərçivəsində verilən kreditlər də daxil olmaqla respublika üzrə sahibkarlıq subyektlərinin 1842 investisiya layihəsinin maliyyələşdirilməsinə 167.5 milyon manat güzəştli kredit verilmişdir. Bu investisiya layihələrinin reallaşdırılması 6800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1350-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 64.7 milyon manat güzəştli kreditlər verilmişdir.
Tədbir çərçivəsində Lənkəran və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkara 1.2 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 106 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir.