242 Arxiv
Xəbərlər

Geri

Şəmkirdə sahibkarlara güzəştli kreditlər verilmişdir 14.06.2013 / Konfranslar, iclaslar

skmf-shemkir-14.06.2013-1İyunun 14-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Şəmkir rayonunun Düyərli kəndində keçirmişdir. Tədbirdə 100-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl Şəmkir rayonunun Sarıtəpə kəndində Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit ayrılmış ildə 2 milyon ədəd dekorativ gül istehsal etmək gücü olan istixana kompleksinin fəaliyyətinə baxış keçirilmişdir.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəmkir rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və rayonda prioritet hesab olunan soyuducu anbar kompleksinin, müasir çörək istehsalı, üzümqurutma və meyvə-tərəvəz emalı müəssisələrinin, istixana və üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel Məmmədov dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulamış, regionların sosial-iqtisadi mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramlarının xüsusi rolunu qeyd etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət skmf-shemkir-14.06.2013-2Proqramı"nda Gəncə-Qazax iqtisadi rayonu, o cümlədən Şəmkir rayonu üzrə nəzərdə tutulmuş tədbirlər, sahibkarlığın inkişafı istiqamətində görülmüş işlər barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına 1825 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 164,2 milyon manat güzəştli kredit verilmişdir. Bu investisiya layihələrinin reallaşdırılması 6600-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda 3050-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 107,7 milyon manat güzəştli kredit verilmişdir.
Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən 53 sahibkara 695,5 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər əsasən tərəvəzçilik, heyvandarlıq, arıçılıq və digər sahələrin inkişafına yönəldiləcəkdir. Verilmiş kreditlər hesabına 80-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.