243 Arxiv
Xəbərlər

Geri

Azərbaycan-Macarıstan iş adamları arasında əlaqələr genişlənir 12.06.2013 / Konfranslar, iclaslar

Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda müəyyənləşdirilmiş tapşırıqların icrası ilə əlaqədar müasir texnologiyaların tətbiqinə əsaslanan infrastruktur sahələri, yeni istehsal, emal müəssisələri yaradılır.
Belə sahələrdən biri müasir ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin yaradılmasıdır. Bu məqsədlə 14350 başlıq südlük və 3000 başlıq ətlik istiqamətli 13 heyvandarlıq kompleksinin yaradılmasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək 54 milyon manat güzəştli kredit verilmişdir. Güzəştli kreditlər hesabına həyata keçirilən belə layihələrdən biri də Bərdə rayonunun Mehdili kəndində yerləşən "Qarabağ Aqrar Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Cəmiyyətin tərkibinə tutumu 5 min ton olan soyuducu anbar, ət kəsimi fabriki, 2200 başlıq südlük və 2000 başlıq ətlik istiqamətli heyvandarlıq kompleksi daxildir.
Bu günlərdə Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə "Qarabağ Aqrar Sənaye Kompleksi" MMC-yə Macarıstandan yüksək genetik xüsusiyyətlərə malik, 200 baş südlük Holşteyn cinsindən olan damazlıq inəklər, 200 baş ətlik Şharole, Limuzin və Smental cinsindən olan danalar gətirilmişdir. Növbəti mərhələdə əlavə 900 baş Simental cinsli damazlıq inəklərin gətirilməsi planlaşdırılır. İlin sonuna qədər kompleksə Macarıstandan gətirilən cins danaların sayı 10 minə çatdırılacaqdır.