241 Arxiv
Xəbərlər

Geri

Bakı şəhəri və onun qəsəbələrində 510 sahibkara 121,8 milyon manat güzəştli kredit verilmişdir 30.05.2013 / Konfranslar, iclaslar

skmf-baki-30.05.2013-1Mayın 30-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirmişdir. Tədbirdə 150-dən çox sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl Qaradağ rayonunun Sahil qəsəbəsində güzəştli kredit ayrılmış ildə 24 min ton metalkonstruksiyalar istehsal edən zavodun fəaliyyətinə baxış keçirilmişdir.
Sonra tədbir iştirakçıları üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qaradağ rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir ət kəsimi və çörək istehsalı müəssisələrinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər bölgələrində olduğu kimi, Qaradağ rayonunda da quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin açıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat verərək ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu vurğulamış, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət skmf-baki-30.05.2013-2Proqramı" çərçivəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Bakı şəhəri, ətraf kənd və qəsəbələrində verilmiş güzəştli kreditlər, bu kreditlər hesabına yeni yaradılan iş yerləri, cari ildə həyata keçiriləcək yeni layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd olunmuşdur ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 121,8 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşdırılması 4000-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verir. Ümumilikdə isə, bu ilin ötən dövrü ərzində 1608 sahibkara 148,5 milyon manat güzəştli kredit verilmişdir.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 22 sahibkarlıq subyektinə 2,4 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, un məmulatları, çörək istehsalı, heyvandarlıq, quşçuluq, tikinti materialları istehsalı, tikişçilik, logistika sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlər hesabına 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.