240 Arxiv
Xəbərlər

Geri

Müasir texnologiyaların tətbiqinə əsaslanan çörək istehsalı müəssisələri yaradılır 30.05.2013 / Konfranslar, iclaslar

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, ölkədə etibarlı ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə müasir texnologiyaların tətbiqinə əsaslanan yeni çörək istehsalı müəssisələrinin yaradılması istiqamətində işlər uğurla davam etdirilir.

Bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 24 çörək istehsalı (illik istehsal gücü 235 min ton çörək) zavodunun tikintisinə 36.8 mln. manat həcmində güzəştli kreditlər verilmişdir. Bu zavodlardan 13-ü artıq istifadəyə verilib, digər 11-nin tikintisi isə davam etdirilir.

Tikintisi davam edən belə zavodlardan biri də Bakının Nərimanov rayonunda yerləşən “İsrafiloğlu” MMC-yə məxsus çörək zavodudur. Ümumi dəyəri 1.5 mln. manat, gündəlik istehsal gücü 10 ton (illik 3.6 min ton) olan zavoda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 850 min manat məbləğində güzəştli kredit ayrılmışdır. Bu günlərdə “İsrafiloğlu” MMC ilə İsveçin “REVENTA” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, zavodda Avropanın çörəkbişirmə sahəsində ən müasir texnologiyaları tətbiq olunacaq. Bu isə, ölkəmizdə müxtəlif çeşiddə yüksək standartlara cavab verən, keyfiyyətli çörək məhsullarının istehsalını daha da genişləndirəcək.