246 Arxiv
Xəbərlər

Geri

"PraysvoterhausKupers" beynəlxalq audit şirkəti Sahibkarlığa Kömək Milli Fondunun 2012-ci il üzrə maliyyə hesabatlarının auditini keçirmişdir 02.05.2013 / Konfranslar, iclaslar

"PraysvoterhausKupers" beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2012-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilmişdir.
Audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilmişdir.
"PraysvoterhausKupers" beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, Sahibkarlığa Kömək Milli Fondunun 2012-ci il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilmiş, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilmişdir.