249 Arxiv
Xəbərlər

Geri

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə bağlı tədbirlər keçirilmişdir 01.05.2013 / Konfranslar, iclaslar

İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki bir sıra qurumlarında - Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Sahibkarlığa Kömək Milli Fondu, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Bakı Biznes Tədris Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib.
Əvvəlcə tədbirlərdə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarının rəhbərləri Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri barədə məruzələrlə çıxış etmiş, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü misilsiz işlərdən bəhs etmiş, dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışmışlar. Çıxış edənlər Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın tərəqqisi, beynəlxalq aləmdə nüfuzunun artması, milli iqtisadiyyatın formalaşdırılması, ölkənin iqtisadi potensialının artırılması və sahibkarlığın inkişafı istiqamətində qazanılmış tarixi nailiyyətlər barədə geniş məlumat vermişlər.