263 Arxiv
Xəbərlər

Geri

Biləcəridə sahibkarlara güzəştli kreditlər verilmişdir 26.04.2013 / Konfranslar, iclaslar

 

skmf-bileceri-26.04.2013-1Aprelin 26-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Binəqədi rayonunun Biləcəri qəsəbəsində keçirmişdir. Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl Sahibkarlığa əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsində illik istehsal gücü 14.4 min ton olan çörək zavodunun fəaliyyətinə baxış keçirilmişdir.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir ət kəsimi müəssisəsinin və istixana təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Binəqədi rayonunun sosial-iqtisadi inkişafında xüsusi rolunu vurğulamış, rayonda görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat vermişdir.
skmf-bileceri-26.04.2013-2İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat verərək ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu vurğulamış, Bakı şəhəri, şəhərətrafı kənd və qəsəbələrdə Dövlət Proqramı çərçivəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Bakı şəhəri, ətraf kənd və qəsəbələrində verilmiş güzəştli kreditlər, bu kreditlər hesabına yeni yaradılan iş yerləri, cari ildə həyata keçiriləcək yeni layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd olunmuşdur ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 481 investisiya layihəsinin maliyyələşdirilməsinə 117,3 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşdırılması 3800-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 23 sahibkarlıq subyektinə 1,1 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 50-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.