249 Arxiv
Xəbərlər

Geri

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasından ötən dövr ərzində sahibkarlara 102 milyon manat güzəştli kredit verilmişdir 22.02.2013 / Konfranslar, iclaslar

 

skmf-suraxani-2013-01İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq müasir istehsal, emal və infrastruktur layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsini davam etdirir. Fevralın 22-də Fond "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində keçirmişdir. Tədbirdə 100-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondundan ayrılmış güzəştli kredit hesabına maliyyələşdirilmiş Suraxanı rayonunda ildə 3440 transformator və müxtəlif növ elektrotexniki avadanlıqlar istehsal etmək gücünə malik zavodun tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir. Fond tərəfindən bu layihənin maliyyələşdirilməsinə 5 milyon manat kredit verilmişdir.
Sonra öz işinə başlayan "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodunun, quş kəsimi müəssisəsinin və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər bölgələrində olduğu kimi, Suraxanı rayonunda da quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin açıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.
skmf-suraxani-2013-02İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxış edərək uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Suraxanı rayonunda görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, bu ilin ötən dövrü ərzində bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla 342 sahibkara 51,8 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlərin reallaşdırılması 1500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 419 investisiya layihəsinin maliyyələşdirilməsinə 102 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 3500-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 872 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, şüşə qablar, uşaq bezləri və müxtəlif növ salfetkalar, un məmulatları, çörək, tikinti materialları istehsalı, heyvandarlıq, quşçuluq sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması 90-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir.