266 Arxiv
Xəbərlər

Geri

2013-cü ildə sahibkarlara 50 milyon manat güzəştli kreditlər verilmişdir 15.02.2013 / Konfranslar, iclaslar

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini fevralın 15-də Ağstafa rayonunun Vurğun qəsəbəsində "Ağstafa-Aqroservis" MMC müəssisəsində keçirmişdir. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonlarda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondundan ayrılmış güzəştli kredit hesabına maliyyələşdirilmiş sahibkar Elman Abdullayevin 100 başlıq ətlik istiqamətli heyvandarlıq təsərrüfatının fəaliyyətinə baxış keçirilmişdir.
Sonra öz işinə başlayan "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağstafa rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən rayonda prioritet hesab olunan olunan müasir çörək zavodunun, müasir heyvandarlıq, üzümçülük təsərrüfatlarının və üzüm emalı (qurudulması) müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunmuşdur.
Tədbirdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonda social, iqtisadi və mədəni sahədə həyata keçirilən tədbirlər, o cümlədən rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə 2013-cü ildə görüləcək işlər barədə tədbir iştirakçılarına məlumat vermişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini bildirmiş, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumat vermişdir. Nazirliyin Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Gəncə-Qazax iqtisadi rayonunda, o cümlədən Ağstafada görülən işlər və həyata keçiriləcək tədbirlərdən bəhs etmişdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2013-cü ildə Fondun fəaliyyətinin əsas istiqamətləri barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd edilmişdir ki, bu ilin ötən dövrü ərzində 278 sahibkarklıq subyektinin investisya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manat güzəştli kreditlərinin verilməsi təmin olunmuş, bu layihələrin reallaşması 1400-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır. Bildirilmişdir ki, son illər ərzində Fond tərəfindən Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2700-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 95.8 milyon manat, o cümlədən müasir texnologiyaların tətbiqinə əsaslanan 29 layihənin maliyyələşdirilməsinə 44.9 milyon manat güzəştli kreditlər verilmişdir. Verilmiş güzəştli kreditlər hesabına 18000-ə yaxın yeni iş yerləri yaradılmışdır.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ağstafa və ətraf rayonlarda fəaliyyət göstərən 44 sahibkara 628 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 80-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbirin sonunda sahibkarları maraqlandıran sualları cavablandırılmışdır.