230 Arxiv
Xəbərlər

Geri

2012-ci ildə 2419 sahibkara 218 milyon manat güzəştli kredit verilmişdir 26.12.2012 / Konfranslar, iclaslar

skmf-bineqedi-01-2012Dekabrın 26-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda bu ilin sonuncu tədbirini Binəqədi rayonunun Xocasən qəsəbəsində keçirmişdir. Tədbirdə 100-dək sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl Binəqədi rayonunun Sulu-Təpə qəsəbəsində əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş çörək istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilmişdir.
Tədbir çərçivəsində Binəqədi rayonunun, o cümlədən Xocasən qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir ət kəsimi, kiçik çörək istehsalı, tikiş və toxuculuq müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər bölgələrində olduğu kimi Binəqədi rayonunda da quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin açıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxış edərək uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq Binəqədi rayonunda görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat vermişlər.
skmf-bineqedi-02-2012.jpSahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2012-ci il ərzində Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərində və onun qəsəbələrində həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, Fondun vəsaitləri hesabına bu il 2419 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 218 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 9100-dək yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlər hesabına son illər maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi 2012-ci ildə istifadəyə verilmişdir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasından ötən dövr ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakı şəhəri və onun qəsəbələri üzrə 401 investisiya layihəsinin maliyyələşdirilməsinə 72 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 2900-dən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulur. Verilmiş kreditlərin 68,1%-i aqrar sektorun, 31,8%-i sənaye məhsullarının istehsalı və emalı sahələrin inkişafına və s. yönəldilmişdir. Güzəştli kreditlərin 83%-i respublikanın regionlarının, 17%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı şəhəri və onun qəsəbələrində fəaliyyət göstərən 19 sahibkarlıq subyektinə 3 milyon manatadək güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.