228 Arxiv
Xəbərlər

Geri

Samux rayonunda müasir texnologiyalara əsaslanan emal müəssisəsi istifadəyə verilmişdir 08.11.2012 / Konfranslar, iclaslar

skmf-samux-2012-01Noyabrın 8-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Samux rayonunun Sərkar kəndində keçirmişdir. Tədbirdə 200-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl Samux rayonunda Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş "NAA Universal" MMC-nin kənd təsərrüfatı məhsullarının emalı müəssisəsinin fəaliyyətinə, "Agricola" MMC-nin tərəvəz məhsulları istehsal edən istixana təsərrüfatında aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.

Tədbir çərçivəsində Samux rayonunun, o cümlədən Sərkar kəndinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan iri taxılçılıq təsərrüfatının, müasir heyvandarlıq kompleksinin, quşçuluq təsərrüfatının, çörək zavodunun, soyuducu anbarın, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və digər metodiki materiallar paylanmışdır.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev son illər Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd etmişdir.

skmf-samux-2012-02İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Nazirliyin Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Aran iqtisadi rayonunda dövlət proqramları çərçivəsində görülmüş işlər və həyata keçiriləcək layihələr barədə məlumat vermişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirmişdir ki, bu ilin ötən dövründə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2144 investisiya layihəsinin maliyyələşdirilməsinə 196 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 8200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd edilmişdir ki, 2012-ci ilin əvvəlindən Gəncə-Qazax iqtisadi rayonunda 376 sahibkara 13,2 milyon manat, ümumilikdə isə indiyədək 2650-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 92,5 milyon manatadək güzəştli kreditlər verilmişdir. Son illər Gəncə-Qazax iqtisadi rayonunda yeni texnologiyaların tətbiqinə əsaslanan 26 layihənin maliyyələşdirilməsinə 42 milyon manatadək güzəştli kredit ayrılmışdır. Artıq bu müəssisələrdən 21-i istifadəyə verilmiş, 5 müəssisənin isə bu il istifadəyə verilməsi nəzərdə tutulur.

Samuxun Sərkar kəndində keçirilən "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Samux və ətraf rayonlarda fəaliyyət göstərən 44 sahibkarlıq subyektinə 561 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən investisiya layihələrinin maliyyələşdirilməsi 80-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaqdır.