220 Arxiv
Xəbərlər

Geri

Sahibkarlara güzəştli kreditlər verilmişdir 27.07.2012 / Konfranslar, iclaslar

skmf-qax-01İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini iyulun 27-də Qax rayonunun İlisu kəndində keçirmişdir. Tədbirdə Qax və ətraf rayonlarda fəaliyyət göstərən  100-dək sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına inşa olunmuş Qax rayonunun Qarabaldır kəndində "Flora-Qlade" MMC-nin müasir süd emalı müəssisəsində aparılan tikinti işlərinə baxış keçirilmişdir.

Sonra öz işinə başlayan tədbirdə Qax rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik və orta həcmli cır meşə meyvələrinin emalı müəssisələrinin, müasir quşçuluq təsərrüfatının və çörək zavodunun yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya  layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxışında dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində son illər regionların sürətlə inkişaf etdiyini, ölkənin digər rayonlarında olduğu kimi, Qaxda da yeni istehsal və xidmət müəssisələrinin, müasir sosial infrastruktur obyektlərinin yaradıldığını, yeni iş yerlərinin  açıldığını diqqətə çatdırmışdır.

skmf-qax-02İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Şəki-Zaqatala regional bölməsinin müdiri Qalib Məsimov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Şəki-Zaqatala iqtisadi rayonunda sahibkarlığın inkişafı istiqamətində görülmüş işlər barədə məlumat vermişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirmişdir ki, bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 1429 investisiya layihəsinin maliyyələşdirilməsinə 120 milyon manatadək güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 6 minədək  yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd edilmişdir ki, Şəki-Zaqatala iqtisadi rayonunda indiyədək 1215 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 67,5 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslan 12 layihənin maliyyələşdirilməsinə 28,6 milyon manat güzəştli kredit verilmişdir. Bununla yanaşı, Şəki-Zaqatala iqtisadi rayonunun potensialı nəzərə alınaraq, istehsal sahələrinin genişləndirilməsinin və yeni emal müəssisələrinin yaradılmasının güzəştli qaydada maliyyələşdirilməsinə diqqətin daha da atrırılacağı vurğulanmış, bu sahədə sahibkarların fəallığının artırılması tövsiyə olunmuşdur.

Sahibkarlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Qax və ətraf rayonlarda istehsal və emal sahələrində fəaliyyət göstərən 48 sahibkarlıq subyektinə 853 min manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşması 90-dək yeni iş yerinin yaradılmasına imkan verir.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri gələcəkdə də davam etdiriləcəkdir.