237 Arxiv
Xəbərlər

Geri

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir 08.05.2012 / Konfranslar, iclaslar

Mayın 8-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunda və Bakı Biznes Tədris Mərkəzində Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları müasir Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə qoyulmuş büstün önünə gül dəstələri qoymuşlar.

Tədbirdə çıxış edənlər  müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü misilsiz işlərdən bəhs etmiş, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışmışlar. Tədbirdə Ulu  Öndərin Azərbaycan xalqı qarşısında böyük xidmətləri vurğulanmış,  dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın davamlı inkişafı üçün gördüyü misilsiz işlərdən geniş bəhs edilmişdir.