220 Arxiv
Xəbərlər

Geri

Sahibkarlığa Kömək Milli Fondunun 2011-ci il üzrə maliyyə hesabatlarının auditinə başlanmışdır 11.01.2012 / Konfranslar, iclaslar

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun  fəaliyyətində şəffaflığın daha da artırılması, maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun tərtib və təqdim olunması məqsədilə "Ernst & Young Holdings BV" beynəlxalq audit şirkəti Beynəlxalq Audit Standartları əsasında Fondun 2011-ci il üzrə maliyyə hesabatlarının auditinə başlamışdır.

Audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil ediləcəkdir.

Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatlarının auditi son dörd ildə beynəlxalq audit şirkətləri tərəfindən Beynəlxalq Audit Standartları əsasında keçirilir və nəticələri Azərbaycan və İngilis dillərində çap olunur.

Sahibkarlığa Kömək Milli Fondu dövlət büdcəsindən sahibkarlığın inkişafı üçün ayrılmış maliyyə vəsaitlərini səmərəli yerləşdirməklə, gələcəkdə də öz fəaliyyətində şəffaflığın artırılması istiqamətində tədbirlərin həyata keçirilməsini davam etdirəcəkdir.