234 Arxiv
Xəbərlər

Geri

Regionlarda fəaliyyət göstərən konserv zavodları məhsul qəbulunu davam etdirir 18.08.2011 / Konfranslar, iclaslar

Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda ölkədə etibarlı ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə verilmiş tapşırıqlara uyğun olaraq, müasir texnologiyaların tətbiqinə əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılmasında güzəştli kreditlərdən səmərəli istifadə olunur.

İndiyədək müasir texnologiyalara əsaslanan 8 meyvə-tərəvəz emalı müəssisəsinə 16,6 mln. manat dövlətin güzəştli krediti verilmişdir. İllik emal gücü 56,4 min ton olan bu layihələrdən 4-ü başa çatmış, 4 layihənin icrası isə davam edir. İstifadəyə verilmiş müəssisələrdən Xaçmaz rayonunda yerləşən "Qafqaz Konserv Zavodu" 2011-ci ilin ötən dövrü ərzində gündə 400-450 ton olmaqla 13 min ton, Biləsuvar rayonunda yerləşən "Biləsuvar Konserv Zavodu" gündəlik 400 ton olmaqla 8 min ton və Lənkəran şəhərində yerləşən "Lənkəran Konserv Zavodu" gündə 250-300 ton olmaqla 3 min ton pomidor qəbul etmişdir. Meyvə-tərəvəz mövsümi ilə əlaqədar fermerlərin tələbatını və rahatlığını təmin etmək məqsədilə bu müəssisələr 24 saatlıq iş rejimində fəaliyyət göstərirlər.

Bununla yanaşı, Quba-Xaçmaz bölgəsində meyvə emalını dəstəkləmək məqsədilə Quba rayonunda yerləşən "SAF MMC"yə məxsus meyvə emalı müəssisəsinin illik istehsal gücü güzəştli kreditlər hesabına 18 min tona çatdırılmış və bu mövsüm fasiləsiz işləməsi üçün yanacaqla təmin olunmasına köməklik göstərilmişdir.