237 Arxiv
Xəbərlər

Geri

Sahibkarlığa Kömək Milli Fondunun 2010-cu il üzrə maliyyə hesabatlarının beynəlxalq auditi keçirilmişdir 09.04.2011 / Konfranslar, iclaslar

Azərbaycan Respublikası Prezidentinin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" 28 iyul 2007-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə" yə uyğun olaraq, "Baker Tilly Azerbaijan LLC" beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2010-cu il üzrə maliyyə hesabatlarının auditi keçirilmişdir.

Audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilmişdir.

"Baker Tilly Azerbaijan LLC" beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, Sahibkarlığa Kömək Milli Fondunun 2010-cu il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilmiş, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilmişdir.

Qeyd edək ki, son üç ildir ki, beynəlxalq audit şirkətləri tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatlarının auditi aparılır.