215 Arxiv
Xəbərlər

Geri

06.04.2011 06.04.2011 / Konfranslar, iclaslar

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili müsahibə
 ELAN EDİR:

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

·         ərizə (2 nömrəli əlavə)

·         ağ fonlu rəngli fotoşəkil 1 ədəd (3 x 4 sm ölçüdə)

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 06 aprel 2011-ci il tarixdən 20 aprel 2011-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət qulluğu və kadrlar şöbəsitərəfindən aparılır. Ərizələr (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək) şəxsən, yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibədə dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf NazirliyininDövlət qulluğu və kadrlar şöbəsinə müraciət etmək olar. 

VAKANT VƏZİFƏLƏRİN SİYAHISI: 

Struktur bölmənin adı: Sahibkarlığa Kömək Milli Fondunun Sahibkarlığın inkişafı şöbəsi

İnzibati vəzifənin adı: şöbə müdiri;

İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi 172;

İnzibati vəzifənin təsnifatı: 6;

Vəzifə maaşı: 470 manat.

Qulluq funksiyaları:

·         şöbənin işinin təşkil edilməsi; şöbənin işçiləri arasında iş bölgüsünün aparılması və onlara icrası məcburi olan göstərişlər və tapşırıqların verilməsi;

·         şöbənin işinin Fondun digər şöbə və sektorları ilə qarşılıqlı əlaqədə qurulmasının təşkil edilməsi;

·         şöbənin işçilərinin öz vəzifələrinin vaxtında və düzgün yerinə yetirmələrinə, əmək intizamına və daxili qaydalara riayət olunmasına nəzarətin həyata ke­çirilməsi;

·         şöbənin işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi, mükafatlandırılması, işçilərin ixtisasının artırılması, yeni biliklər əldə etməsi və ixtisasartırma kurslarına göndərilməsi məqsədilə Fondun icraçı direktoruna təkliflərin verilməsi;

·         müvəkkil kredit təşkilat-larından daxil olan sifarişlərin "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğunluğunun yoxlanılması;

·         Fondun vəsaitlərinin səmərəli yerləşdirilməsi məqsədilə iqtisadiyyatın sahələri və iqtisadi rayonlar üzrə prioritet istiqamətlərin müəyyən edilməsi, eləcə də kredit portfelinin diversifikasiyası və müvəkkil kredit təşkilat-larına limitlərin ayrılması üzrə təkliflərin verilməsi;

·         sahib-karlıq fəaliyyətinin inkişafı ilə bağlı beynəlxalq kon­franslar, simpoziumlar və digər tədbirlərin təşkil edil-məsi;

·         müvəkkil kredit təşkilatlarının Fondun vəsaitlərinin yerləşdirilməsində iştirak edilməsinə, eləcə də əlavə limitin ayrılmasına dair müraciətləri ilə bağlı Fondun Müşahidə Şurasına rəy və təkliflərin hazırlanması;

·         Azərbaycan Respublikası Prezidentinin Fərman və Sə­rəncamlarında, dövlət proqramlarında iqtisadiyyatın bu və ya digər sahəsinin inkişafı ilə bağlı konkret layihələrin Fondun vəsaiti hesabına maliyyələşdirilməsi məqsədi ilə sahibkarlıq subyektləri arasında müsabiqələrin keçiril­məsindən irəli gələn vəzifələrin həyata keçirilməsi və s. 

Vəzifənin tutulması şərtləri:

·         təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;

·         stajı dair tələb: 5 il;

·         kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə);

·         xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə). 

 Struktur bölmənin adı: Sahibkarlığa Kömək Milli Fondunun İnvestisiya layihələrinin ekspertizası və monitorinqi şöbəsi

İnzibati vəzifənin adı: aparıcı məsləhətçi;

İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi 172;

İnzibati vəzifənin təsnifatı: 7;

Vəzifə maaşı: 335 manat.

Qulluq funksiyaları:

·         müvəkkil kredit təşkilatları tərəfindən maliyyələşdirilmək üçün Fonda təqdim olunan investisiya layihələrinin Fondun Müşahidə Şurası tərəfindən təsdiq edilmiş minimal tələblər və investisiya layihələrinin qiymətləndirilmə meyarlarına uyğunluğunun araşdırılması, investisiya layihələrinə dair məlumatların düzgünlüyünün yoxlanılması;

·         Fondun vəsaitləri hesabına maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları tərəfindən təqdim olunmuş investisiya layihələrinin ekspertizasının və bilavasitə yerində ilkin monitorinqinin həyata keçirilməsi;

·         Fondun vəsaitləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş inves­tisiya layihələrinin ekspertizası üçün lazımi sənəd və məlumatlar əsasında rəylərin hazırlanması və maliyyələşdirilməsi üzrə qərar qəbul edilməsi üçün müvafiq qaydada təqdim edilməsi;

·         Fondun vəsaiti hesabına maliyyələşdirilmiş sahibkarlıq subyektlərində müvəkkil kredit təşkilatları ilə birgə və müstəqil monitorinqlərin aparılması və keçirilmiş monitorinqlərin nəticələrinə dair aktların tərtib edilməsi;

·         müvəkkil kredit təşkilatlarının ildə iki dəfədən az olmayaraq Fondun vəsaitlərinin hər bir sahibkarlıq subyekti tərəfindən investisiya layihəsi üzrə istifadə edilməsinə dair aparılmış monitorinqlərlə bağlı hesabatların mütəmadi olaraq alınması və həmin monitorinq hesabatlarının təhlil edilməsi;

·         şöbənin fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatların hazırlan­ması;

·         müvəkkil kredit təşkilatları tərəfindən Fondun vəsaiti hesabına kredit almaq üçün təqdim edilmiş və Fondun müəyyən etdiyi müvafiq formalara uyğun gəlməyən sənədlərin geri qaytarılması;

·         Fonda daxil olan və icrası şöbəyə tapşırılmış müraciətlərə qanun­vericiliklə müəyyən olunmuş qaydada baxılması və s. 

Vəzifənin tutulması şərtləri:

·         təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;

·         kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə);

·         xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə). 

 Struktur bölmənin adı: Sahibkarlığa Kömək Milli Fondunun Maliyyə və təminat şöbəsinin Mühasibatlıq və təminat sektoru;

İnzibati vəzifənin adı: sektor müdiri;

İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi 172;

İnzibati vəzifənin təsnifatı: 7;

Vəzifə maaşı: 390 manat.

Qulluq funksiyaları:

·         sektorun işinin təşkil edilməsi; sektorun işçiləri arasında vəzifə və iş bölgüsünün aparılması; sektorun işçilərinin öz vəzifələrini vaxtında və düzgün yerinə yetirmələrinə, əmək intizamına və daxili qaydalara riayət olunmasına nəzarətin həyata keçirilməsi;

·         sektorun fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatların hazırlanması, cari maliyyə ili üçün təsdiq olunmuş xərc smetalarının icrasına nəzarətin həyata keçirilməsi;

·         Fondun maliyyə resurslarının hərəkətinə nəzarətin həyata keçirilməsi; görülmüş işlər haqqında hesabatların hazırlanmasının təmin edilməsi;

·         mühasibat uçotunun və hesabatının müəyyən olunmuş mühasibat uçotu standartlarına uyğun təşkilinin və aparılmasının təmin edilməsi; ilkin uçot sənədlərinin, mühasibatlıq hesabatlarının, mühasibat uçotu və maliyyə əməliy­yatları ilə bağlı digər sənədlərin tərtib edilməsi;

·         növbəti maliyyə ili üçün Fondun cari xərclərinin proqnozlaş­dırılması və maliyyə ili üçün təsdiq olunmuş xərc smeta­larının icrasına nəzarətin həyata keçirilməsi;

·         Fondun əməkdaşlarının səmərəli fəaliyyət göstərə bilməsi üçün onlara lazımi şərait yaradılmasının təmin edilməsi və s. 

Vəzifənin tutulması şərtləri:

·         təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;

·         stajı dair tələb: 3 il;

·         kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə);

·         xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (orta səviyyədə).