77 Arxiv
Xəbərlər

Geri

Qusarda sahibkarlarla görüş keçirilib 03.06.2025 / Görüşlər

Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sahibkarlığın inkişafına dəstək” mövzusunda görüş keçirilib.

Görüşdə ABİF-in, İcra Hakimiyyətinin, müvəkkil kredit təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak ediblər. Tədbir çərçivəsində Qusarda iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən sahibkarlara Fondun güzəştli kredit və zəmanət-subsidiya mexanizmləri barədə ətraflı məlumat verilib. Həmçinin sahibkarları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.