61
Arxiv
Xəbərlər
Geri
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib
06.03.2025 / Görüşlər
Sahibkarlığın İnkişafı Fondunda Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) nümayəndələri ilə görüş keçirilib.
Tədbir çərçivəsində ATİA-nın nümayəndələrinə Fondun fəaliyyət istiqamətləri, o cümlədən maliyyə mexanizmləri ilə bağlı ətraflı məlumat verilib. Bununla yanaşı, tikinti istehsalçılarını maraqlandıran məsələlər diqqətə çatdırılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib.