36 Arxiv
Xəbərlər

Geri

Güzəştli kreditlər üzrə fərqlənən müvəkkil kredit təşkilatları müəyyənləşib 10.01.2025 /

2024-cü il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 5722 layihənin maliyyələşdirilməsinə 248,1 milyon manat güzəştli kredit verilib.

Ötən il ərzində sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "AccessBank" QSC, "Yelo Bank" ASC və "Aqrarkredit" QSC fərqlənib.

Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "AccessBank" QSC, "Kapital Bank" ASC və "Yelo Bank" ASC daxildir.